Müğənni Eltonu döyən şəxsə yüksək vəzifə verildi

Müğənni Eltonu döyən şəxsə yüksək vəzifə verildi
Bütün Xəbərlər
11:20 24.11.2012
5242
Müğənni Eltonu silahla təhdid etdiyi üçün vəzifəsindən çıxarılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (keçmiş Hərbi Komissarlıq) Mingəçevir şəhər şöbəsinin rəhbəri, prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyevə yeni vəzifə verilib.Bu barədə azpolitika.info-ya etibarlı mənbələrdən məlumat daxil olub.Məlumata görə, Əgid Bayroyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.Xatırladaq ki, Əgid Bayroyev oktyabrın 4-də təşkil etdiyi ziyafətin sonunda müğənni Eltonun başına silah tuşlayaraq onu təhdid etmişdi. Müğənninin DİN-ə şikayətindən sonra Ə.Bayroyev və həmin hadisənin şahidi müğənni Röya «Bandotdel»ə aparılmışdılar. Onlardan ifadə alınandan sonra Əgid Bayroyev vəzifəsindən azad olunmuşdu.
OXŞAR XƏBƏRLƏR