Azərbaycanın gənc müğənnilərindən biri, "Pop-star" müsabiqəsinin iştirakçısı Günel Şabanova açıq-saçıq fotolar çəkdirən ifaçılar haqda pis fikirdə deyil.AZXEBER.COM xəbər portalının məlumatına görə, o, bunu Day.Az saytına müsahibəsində bildirib. "Mən istedadımla, səsimlə ad qazanmaq istəyirəm. Soyunan müğənnilərə qarşı deyiləm. Belə şeylərə normal yanaşıram. Kim bacarırsa, qoy, soyunsun. Amma mən bunu edə bilmərəm", - deyə ifaçı bildirib.Günel sponsorunun olmadığını, öz işlərini özünün, həmçinin valideynlərinin maliyyələşdirdiyini də söyləyib.
