Muğənni Rəqsanə İsmayılovanın tutulması istiqamətində işlər aparılır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Rəqsanə İsmayılova Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışa verilib.
Hazırda R.İsmayılovanın tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.