Müğənni Röyanın yubileyində nələr oldu? - TƏFƏRRÜAT

Müğənni Röyanın yubileyində nələr oldu? - TƏFƏRRÜAT
15:03 17.06.2012
2845

Azərbaycan estradasının 1 N-li müğənnisi, yaradıcılığının ilk günlərindən artıq ulduz adına yiyələnmiş Röyanın 30 yaşı tamam oldu.

Röyanın mətbuat katibi Ülviyyə Alovluyubileyin təəssüratlarını AZXEBER.COM-la bölüşdü. Röya ad gününü qeyd etməyəcəyini desə də, dostları və komandası bunu belə qoya bilməzdi. Artıq səhər tezdən ağ güllərdən ibarət tərtibatla ulduzun bütün bağ evi bəzədilmiş və böyük qonaq masası düzəldilmişdi. Axşam saat 7-dən etibarən isə Röyanın yalnız ən yaxın sənət dostları gəlməyə başladı. Gecə ərzində 50-yə yaxın qonaq bağa təşrif buyurdu.  

Amma müğənninin mətbuat katibi, şairə Ülviyyə Alovlunun təklifi ilə dostlar Röyaya oyun oynadılar. Dostlar sözü bir yerə qoyaraq ona hədiyyələr alsalar da bağın darvazasından əliboş girirdilər. Beləcə, heç kəsin Röyaya hədiyyə almadığı təəssüratı yaratdılar. Amma bundan heç də heyfsilənməyən müğənni: “Mənim dostlarım özü mənim üçün hədiyyədir. Mən çox xoşbəxtəm ki, belə dostlarım var! Nə qədər ki onlar var, mənə heç kəs heç nə edə bilməz!” – dedi. Beləcə bolluca yeyib, içib, rəqs edən qonaqlar doyunca əyləndilər.

Və yalnız gecənin ortasında Ülviyyə Alovlu günün sirrini açdı: “Röya, bu yubileyin ən yadda qalan olsun deyə, biz səninlə sadəcə zarafat etmək istədik, amma hamımız bir daha əmin olduq ki, sən çox mərd qızsan. Çünki hamımız əliboş gəlsək də nə əlimizə baxdın, nə də “Hədiyyələr hanı?” sualını vermədin!” - sözləri ilə hədiyyələr axını başladı.

Bu oyundan heç inciməyib, əksinə doyunca gülən Röya hədiyyə yağışına tutuldu. Bir anda bağın həyəti çiçək dənizinə qərq oldu. Hədiyyələr arasında sürprizlər də az olmadı. Müğənnilər Niyam Salami və Rəhim Rəhimli Röyanın siması həkk olunmuş xalça toxutdurmuş və Röyaya bənzər maniken düzəltdirmişdilər. Rejissor Anar Röyanın böyük portretini çəkdirmişdi. Aparıcı Novruz və şairə Ülviyyə Alovlu elə şairənin öz sözlərinə yazılmış “Röyayam” mahnısına çəkdikləri klipi hədiyyə etdilər. Bu, aparıcının həm də ilk rejissor işi idi. Daha bir hədiyyə isə dostlar və fanatlar tərəfindən Röyanın 30 illik yubileyinə həsr olunaraq çəkilən “Ucalan səs” adlı sənədli filmin təqdimatı idi.

 Bundan başqa məclisdə ulduzu həmişə əl işləri ilə sevindirən stilistlər Anar Malik, Ayan, Roma, Elnur, Rəfiqə, Şəfiqə, rəqqaslar Ruslan, Orxan və başqaları var idi. Qonaqlar gecədən xeyli keçənədək əyləndilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib