Müğənni Sevinc: "Orada pis və əxlaqsız heç nə yox idi sadəcə dincəlirdik"

Müğənni Sevinc: "Orada pis və əxlaqsız heç nə yox idi sadəcə dincəlirdik"
ŞOU-BİZNES
13:04 13.12.2011
3948
Azərbaycanlı müğənni, "İlin modeli" seçilmiş Sevinc Məmmədovanın bir müddət səhnədən uzaq qalması sevgilisinin qısqanclığı ilə bağlı imiş.O, bunu Day.Az saytına müsahibəsində bildirib.Modellikdən müğənniliyə keçmək qərarı haqda danışan Sevinc deyib: "Dörd il əvvəl gənc oğlanla münasibətlərim başladıqdan sonra nəinki müğənni olmaq arzumdan, model kimi fəaliyyətimdən də imtina etməli oldum. Efirə çıxmırdım. O, çox qısqanc idi və mənə icazəsiz heç yerə getməyə imkan vermirdi. Amma bir gün gəldi ki, səhnəsiz yaşaya bilmədiyimi anladım və geri dönmək qərarına gəldim".İfaçı bunun heç də sevgilisilə ayrılmasına səbəb olmadığını deyib. "Münasibətlərimizdə problem yaranmışdı. Amma indi birlikdəyik və o, məni dəstəkləyir", - deyə S.Məmmədova bildirib.
OXŞAR XƏBƏRLƏR