Müğənnilərdən kim seçkidə iştirak etdi? - SORĞU

Müğənnilərdən kim seçkidə iştirak etdi? - SORĞU
Bütün Xəbərlər
17:17 23.12.2014
1194
Respublikanın xalq artisti Alim Qasımov:
- Mən hazırda işlə əlaqədar olaraq Gəncə şəhərində olduğum üçün seçkidə iştirak edə bilmirəm.
Respublikanın əməkdar artisti Gövhər Həsənzadə:
-Ailə üzvlərim bu məsələlərdə məndən fərqli olaraq daha konkretdirlər. Anamgil artıq seçkidə iştirak ediblər. Amma mənim seçkidə iştirakım deyəsən, baş tutmayacaq, çünki şəhər kənarındayam, çatdırmayacağam. Sözün açığı, ümumiyyətlə, bələdiyyə seçkilərinə konkret münasibətim yoxdur. Mənim üçün daha vacib seçkilər olanda, iştirak edirəm. Bundan əvvəlki bələdiyyə seçkilərində də iştirak etməmişdim, çünki Bakıda yox idim.
Respublikanın əməkdar artisti Elza Seyidcahan:
- Biz həmişə seçkilərdə iştirak etmişik. Çəkilişdəyəm, danışa bilmirəm.
Respublikanın əməkdar artisti Abbas Bağırov:
- Bu seçkilərdə iştirak etmirəm. Çünki hazırda Gəncədə deyiləm, işlərimlə bağlı Bakıdayam.
Orxan
OXŞAR XƏBƏRLƏR