Müğənni Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyulub.
AZXEBER.COM xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, yay tətilinə də heç yerə gedə bilmir:
"2 aydır ölkədən çıxa bilmirəm. "Stop"um var. Buna görə heç yerə gedə bilmirəm. Az qalıb, aradan qalxacaq və ölkədən çıxa biləcəyəm".
Mehin əlavə edib ki, bunun səbəbini məsələ həll olunduqdan sonra açıqlayacaq.











































