Müge Anlı ailə qurur

Müge Anlı ailə qurur
MAQAZİN
12:00 20.06.2022
327
Müge Anlı evlənəcəyini açıqlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aparıcı Müge Anlı canlı yayımda evlənəcəyini açıqlayıb. 

Müge Anlı gələcək həyat yoldaşının Şinasi Yüzbaşıoğlu olduğunu bildirib:

"Sizi çox sevindirəcəyinə inandığım xəbəri birinci ağızdan sizə çatdırmağa qərar verdim. Evlənməyə qərar verdim. Dualarınızı qəbul etmək istəyirəm. Gələcək həyat yoldaşımın adı Şinasi Yüzbaşıoğludur".
 
Qeyd edək ki, Şinasi Yüzbaşıoğlunun İstanbul Asayiş Şöbəsinin müdiri olduğu məlumdur.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR