"Mugham" parfümdən gözqamaşdıran yeni il videosu

"Mugham" parfümdən gözqamaşdıran yeni il videosu
SOSİAL
20:21 02.01.2022
369
Fransada istehsal edilən Azərbaycanın milli parfümü "Mugham" yeni il video çarxını təqdim edib. 

"Yeni il" və "Dünya azərbaycanlılarının həmrəyliyi günü" münasibətilə izləyiciləri təbrik edən beynəlxalq parfum brendimizin ekran işində ətrin ecazkarlığı öz təcəssümünü tapıb. 

2022-ci ildə "Karabakh bouquet" adlı növbəti çeşidini ətirsevərlərin ixtiyarına verəcək "Mugham" parfüm 2021-ci ili də uğurla başa vurur.

Xatırladaq ki, bitmək üzrə olan 2021-ci ilin ilk aylarında Azərbaycandakı mağazada jurnalistlərin və məşhurların məlumatlandırılması üçün özəl informativ tədbir keçirilib. İl ərzində geniş auditoriyaya təqdim olunan müxtəlif video çarxlar çəkilib. 

Bundan başqa aylar öncə brendin İstanbulda satış filialı açılıb.
 



 

 


OXŞAR XƏBƏRLƏR