Mühafizə şirkətlərinin həbsdə olan direktoruna 23 manat pul "atdılar"

Mühafizə şirkətlərinin həbsdə olan direktoruna 23 manat pul "atdılar"
SOSİAL
16:29 23.02.2017
1225

"Qala BTX" MMC, "General" MMC və "Azər Mühafizə" adlı özəl mühafizə şirkətlərinin həbsdə olan direktoru Vüqar Hüseynova qarşı dələduzluq edilib.

Bu barədə report-a V.Hüseynovun vəkili Feyzulla Mehdiyev məlumat verib.
Vəkilin sözlərinə görə, dələduzluq və mənimsəmədə təqsirləndirilən müvəkkilinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O bildirib ki, İsif Azayev adlı şəxs V.Hüseynova qarşı dələduzluq edib. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb:

"Müvəkkilim Vüqar Hüseynov təcridxanda saxlanılan zaman orada onunla birlikdə eyni kamerada qalan Fərid Azayevlə, sonra isə Fərid Azayevin vasitəsi ilə atası İsif Azayevlə tanış olub. İsif Azayev ona deyib ki, pul qarşılığında müvəkkilimin hazırda həbsdə olan həyat yoldaşı Nəzakət Aşurbəyovanı ev dustaqlığına çıxarmaq imkanına malikdir. Bu işi həll edəndən sonra gələcəkdə Vüqar Hüseynovun da azadlığa çıxmasında köməklik göstərəcəyinə söz verib. O, Vüqar Hüseynovdan əvvəl 49 min, sonra 30 min manat pul istəyib. Bir qədər sonra hüquqlarını müdafiə etdiyim şəxs İsif Azayevə 23 min manat pul verib. İsif Azayev isə ona bildirib ki, guya 17 min manatı da tanıdığı şəxsə özü verəcək".

Vəkil qeyd edib ki, İ.Azayev V.Hüseynova verdiyi vədə əməl etməyib: "İsif Azayev 23 min manat pulu alandan sonra heç bir iş görmədi. Bundan sonra Vüqar Hüseynov həmin pulu geri istədi. Lakin İsif Azayev hissə-hissə müvəkkilimə 9 min manat pul qaytarıb. Qalan 14 min manatı isə hələ də verməyib. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik və faktla bağlı cinayət işi başlanılıb. Həmçinin Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə də şikayətlər vermişik".

 
 

Qeyd edək ki, "Qala BTX" MMC, "General" MMC və "Azər Mühafizə" adlı özəl mühafizə şirkətlərinin həbsdə olan direktoru Vüqar Hüseynov, onun həyat yoldaşı Nəzakət Aşurbəyova və digər 36 nəfər dələduzluq, mənimsəmə, rüşvət alma və bir neçə maddə ilə təqsirləndirilirlər. Hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Qəninevin sədrliyi ilə baxılır. Ümumilikdə iş üzrə 5200 nəfər zərərçəkmiş var.

İ.Azayevin iki oğlu - Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, Faiq Azayev və Vüsal Babayevlə Sona Kərimova adam oğurluğu və digər maddələrlə təqsirli bilinib. Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Qəninevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs olunub. Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib