Müharibə anonsu verildi

Müharibə anonsu verildi
Bütün Xəbərlər
10:12 06.12.2012
1246

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəzərə almalıdır ki, Azərbaycanın torpaqları işğal altındadır. O təşkilat hər şeydən öncə bu gün üzvü olduğu Ermənistanı məcbur etməlidir ki, işğalçılıq siyasətindən əl çəksin. Bizim heç kimin torpağında gözümüz yoxdur”.  AZXEBER.COM xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu SİA-ya müsahibəsində deyib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı raket hücumundan vahid müdafiə sistemi yaratmasına münasibət bildirən E. Sabiroğlu deyib ki, KTMT qızışdırıcı mövqe tutmaqdandırsa, sülh yönümlü səylərini artırmalıdır: “Gələcəkdə hər hansı ekstremal vəziyyətin qarşısını almaq üçün təşkilat ədalətli mövqedən çıxış etməlidir. Bu gün isə onun əksini görürük. Təşkilatın rəhbərliyi dəfələrlə açıq şəkildə Ermənistanı müdafiə edəcəklərini bəyan edib. Sual olunur, nəyə görə, işğalın ömrünü daha da uzatmaqdanmı ötrü? Azərbaycan xalqı, başda cənab prezidentimiz olmaqla, heç vaxt buna imkan verməyəcək. Münaqişənin sülh yolu ilə həlli edilməsi prosesi uzandıqca müharibə ehtimalı daha qabarıq şəkildə özünü büruzə verir. Torpaqlarımızı heç vaxt yağı tapdağı altında qoymaq fikrimiz yoxdur. Əgər bu məsələ ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla həll olunmayacağı təqdirdə müharibə labüddür. Silahlı Qüvvələrimiz bu istiqamətdə öz hazırlıqlarını aparır. Azərbaycanı bu məsələdə günahlandırmaq istəyənlər böyük səhvə yol verirlər”.

OXŞAR XƏBƏRLƏR