Pentaqon rəhbəri bu ehtimalın ciddi olduğunu deyib
AZXEBER.COM portalının TRT-yə istinadən verdiyi xəbərə görə, ABŞ müdafiə naziri Leon Panetta İsrailin İrana hücum ehtimalının ciddi olduğunu bildirib.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, Penatta aprel ayı kimi yaxın bir tarixdə bu hücumun ola biləcəyini deyib.
"Washington Post" qəzeti Panettanın hücum ehtimalının artmasından narahat olduğunu söyləyib.
CNN teeleviziyası isə Obama iqtidarının yüksək vəzifəli nümayəndəsinə istinadən bu xəbəri verib. Televiziyanın xəbərinə görə, İsrail aprel, may və ya iyun ayında İranı vura bilər.
Leon Panetta çıxan xəbərləri şərh etməyib.