Müharibə ilə bağlı yayılan xəbərlər bizə necə təsir etdi? - PSİXOLOQ RƏYİ

Müharibə ilə bağlı yayılan xəbərlər bizə necə təsir etdi? - PSİXOLOQ RƏYİ
Bütün Xəbərlər
14:15 07.08.2014
1194
Son günlər cəbhə bölgəsindən bir-birinə zidd məlumatların yayılması, bəzi kəndlərin, hətta rayonların alınması barədə xəbərlər, daha sonra həmin xəbərlərin həqiqəti əks etdirmədiyini bildirən məlumatlar insanların psixologiyasına o qədər də mənfi təsir etmədi. 
Çünki insan qeyri-rəsmi məlumat aldıqda şüuraltı olaraq həmin xəbərin həqiqiliyinə şübhə edir. Ona görə də belə xəbərlər təsdiqlənmədikdə insana böyük zərbə olmur. Əgər bu xəbərləri Müdafiə Nazirliyi yaysaydı və daha sonra təsdiqlənməsəydi, bu, insanlar üçün böyük sarsıntı olardı. İndiki halda qeyri-rəsmi yayıldığından sözügedən məlumatların təsdiqini tapmaması cəmiyyətdə ciddi sarsıntıya yol açmadı”.
Bunu İnterpress.az-a son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı yayılan informasiyaların insan psixologiyasına təsirini xarakterizə edən psixoloq Azad İsazadə bildirib.
Psixoloqun sözlərinə görə, insanlar qələbə xəbəri gözlədiyindən psixoloji olaraq bu xəbərləri tez qəbul edib. Ancaq insan xarakterindəki bədbinlik xəbərlərə tam inanmağın qarşısını alır: “İnsan xarakterindəki bədbinlik hətta yaxşı məlumatlara da şübhə ilə yanaşmağa vadar edir. Bir çox hallarda rəsmi olaraq yayılan yaxşı xəbərlər qeyri-rəsmi olaraq yayılan pis xəbərlərdən daha gec qəbul olunur. Bədbinlik bizi qoruyan bir cəhətdir. O həddini aşdıqda insan depressiyaya düşə bilər, az olduqda isə əhli-kef olar. Bədbinliyin qədərində olması isə insanı qoruyur. Ona görə də cəbhə xəttindəki vəziyyət, bəzi kəndlərin azad edilməsi ilə bağlı məlumatların yayılaraq daha sonra təsdiqlənməməsi cəmiyyətə ciddi psixoloji təsir göstərmədi. Qısamüddətli, yüngül təsirdən söhbət gedə bilər”.
OXŞAR XƏBƏRLƏR