Müharibədən Türkiyəyə qaçan ukraynalıların sayı 20 minə çatıb

Müharibədən Türkiyəyə qaçan ukraynalıların sayı 20 minə çatıb
DÜNYA
18:32 08.03.2022
343
Rusiya ilə Ukrayna arasında gedən müharibənin iqtisadi, ticari, humanitar şərtləri getdikcə ağırlaşır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

O qeyd edib ki, müharibə başlayandan indiyədək yalnız Türkiyəyə gələn ukraynalıların sayı 20 minə çatıb.

"Gördüyümüz mənzərə Rusiyanın iddia etdiyi kimi ikitərəfli münaqişə deyil, söhbət birtərəfli işğaldan gedir. Burada əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Çünki ilk atəş açan, Ukrayna torpaqlarına girən Rusiyadır”, - deyə o bildirib.

Baxçalı əlavə edib ki, hər şeyə rəğmən Rusiya və Ukrayna XİN başçılarının Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq görüşü diqqətəlayiq və ümidverici hadisədir.
OXŞAR XƏBƏRLƏR