Müharibənin bitəcəyi tarix açıqlandı

Müharibənin bitəcəyi tarix açıqlandı
DÜNYA
16:32 12.09.2026
54
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabrda keçiriləcək aralıq seçkilərindən qısa müddət sonra başa çatacağını deyib.

Bu barədə "Reuters” məlumat yayıb.

Tramp İrlandiyanın paytaxtı Dublində jurnalistlərin suallarını cavablandırarkən müharibənin nə vaxt başa çatacağı ilə bağlı suala cavab verib.

"Düşünürəm ki, çox tezliklə. Yəqin ki, aralıq seçkilərdən dərhal sonra”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, İran münaqişəni mümkün qədər uzun müddət davam etdirməyə çalışır ki, ABŞ-da seçkilərin keçirilməsini çətinləşdirsin.

"Onlar seçkiləri çətinləşdirmək üçün mümkün qədər uzun müddət davam gətirməyə çalışırlar. Amma düşünürəm ki, insanlar nələrin baş verdiyini anlayırlar”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, müharibə başa çatdıqdan sonra neftin qiymətləri kəskin şəkildə aşağı düşəcək.

"Bundan sonra neftin qiymətləri çökəcək”, – deyə Tramp bildirib.

///modern.az///
OXŞAR XƏBƏRLƏR