Türkiyədə böyük maraqla izlənilən “Muhteşem Yüzyıl” serialı Azərbaycanda da qısa müddətdə böyük maraqa səbəb olub.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, son dövrdə türk serialları Türkiyədə olduğu kimi xaricdə də böyük maraqla izlənilir. Bu seriallardan biri olan “Muhteşem Yüzyıl” 22 ölkədə yayımlanır.
“Muhteşem Yüzyıl”ın yayım haqqını Azərbaycanda “Lider TV” satın alıb. Türkiyə mətbuatının yazdığı məlumata görə, seriala ən çox maraq göstərən ölkələrdən biri də Azərbaycandır. Hətta “Lider” televiziyası serialı gün ərzində 3 dəfə nümayiş etdirir.
Qeyd edək ki, “Lider TV”də daha əvvəl “Aşkım Aşkım”, “Hayat Bağları” kimi türk seriallarını da yayımlayıb.
Ozal Ibrahimli