Mülayim hava şəraiti həftə sonunadək davam edəcək

Mülayim hava şəraiti həftə sonunadək davam edəcək
Bütün Xəbərlər
13:09 04.10.2012
976
Bakı və Abşeron yarımadasında oktyabrın 5-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 16-19, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında oktyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR