Mülki ermənilər BQXK vasitəsilə Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

Mülki ermənilər BQXK vasitəsilə Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO
SİYASƏT
16:59 03.07.2023
214
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə Laçın-Xankəndi yolunun başlanğıcında, "Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bununla bağlı iyulun 3-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların sənədləri, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.
 

OXŞAR XƏBƏRLƏR