Münhendə "Harri Potter" çılğınlığı: 10 min nəfər körpüyə axışdı, polis girişi bağladı

Münhendə "Harri Potter" çılğınlığı: 10 min nəfər körpüyə axışdı, polis girişi bağladı
DÜNYA
22:06 29.11.2026
75
Almaniyanın Münhen şəhərində "Harri Potter" kitablarının və filmlərinin dünyasına həsr olunmuş Milad yarmarkasına gələnlərin çoxluğu səbəbindən polis körpüyə girişi bağlamağa məcbur olub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn 10 minə yaxın fantastika həvəskarı yarmarkanın qarşısında toplaşıb.

Polisin məlumatına görə, Milad yarmarkası eyni vaxtda yalnız 500 nəfərin qəbulu üçün nəzərdə tutulub. Körpünün üzərində isə ən azı 10 min nəfər olub. İnsan axını o qədər güclü olub ki, metro stansiyalarında sakinlərə əraziyə gəlməmələri barədə xəbərdarlıq edilib.

İctimai asayişin qorunmasına 50-yə yaxın polis əməkdaşı cəlb olunub.

Qeyd edək ki, yarmarka dekabrın 6-dək davam edəcək. Burada "Harri Potter" kitablarının və filmlərinin dünyasına aid suvenirlər satılır.
OXŞAR XƏBƏRLƏR