Murad Arif ənənəsinə sadiq qalaraq yaya damğa vuracaq "Hoqqa” hitini və klipini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, mahnının söz və musiqisi Murad Arifin özünə məxsusdur. Enerjili və ritmik bəstəyə ekran həyatı isə yaradıcı rejissor Delee tərəfindən verilib.
Tam yay ab-havasını əks etdirən klip rəngarəng görüntüləri, dinamik səhnələri və pozitiv enerjisi ilə diqqət çəkib.
Qeyd edək ki, Murad Arifin "Oppalar”, "Çalxala”, "Partlat” kimi qəbildən olan mahnıları hər yaya öz damğasını vurur. "Hoqqa” da ənənəvi Murad Arif tərzində olan və yayın hitinə iddialı bir nəğmədir.










































