Murad Əhməd BDU Jurnalistika fakültəsini ifşa etdi - KÖŞƏ

Murad Əhməd BDU Jurnalistika fakültəsini ifşa etdi - KÖŞƏ
KÖŞƏ
00:49 23.10.2011
4128

İki cəbhəli fakültə 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi “bilmirəm nədir”. Çox fikirləşdim, amma buna ad tapa bilmədim. Qarışıq bir şeydi. adı olmayan sistem. Eynilə idarə olduğumuz hökümət kimi. Bilinmir, demokratiyadır yoxsa diktatura. Deyəsən, demokraturadı. Əgər bu ifadə uyğun gəlirsə.

Fakültədə müəllimlər iki cəbhəyə bölünüb. Birinci cəbhə: “sovetski”lərdi. Onlar jurnalistika ümumi (utopik) ifadələrlə anlatırlar tələbələrə və çox qorxulu bir şey kimi. Onlar üçün jurnalistikada əsas məsələ vətəndaşlıq, mənəviyyatdaşlıq, azərbaycançılıqdaşlıq, mentaldaşlıq, dövlətdaşlıq, hökümətdaşlıq və s. anlayışlardır. 

Qeyd edim ki, “sovetski” deyəndə yəqin ki, anladınızbunlar 60-ı adlamış müəllimlərdi. Həə, belə ki, bunlarda “qumluq” yoxdur, hər yer “daşlıq”dır. Oktyabrın 18-i “Ədəbi redaktə” fənnindən yazılı seminar idi. Müəllim də dekanımızdı. Bir cümlə yazmışdım: “Jurnalistikada heç bir ideoloji mövqe həqiqətdən üstün ola bilməz”. Müəllim bunu mənə səhv tutdu və qeyd etdi ki, sən bu yazını müstəqillik günündə yazmısan. Burda azərbaycançılıqdaşlıqdan, dövlətdaşlıqdan, mahiyyəti bəlli olmayan digər “daşlıq”lardan yazmalı imişəm. amma mən qumluqdan yazmışdım. Müəllimin ən sərt “tutarlı” reaksiyası isə belə oldu : “Həqiqət özü də nisbi anlayışdı”

Bundan başqa bir dərsimiz var, 4-5 dəfə girdim o dərsə. Daha doğrusu girməyə otaq tapa bilmirdim. Bizə otaq verilməmişdi. 40 ildi Jurnalistika fakültəsi var, dedilər ki, rektora yazıb müraciət edəcəyik, bizə otaq versinlər. O vaxta kimi, ağacların arasında gəzməli olacağıq. Həə, bu dərsin də müəllimi Mahmud Mahmudovdu. O da mənə bərk-bərk tapşırır ki, “özünə dəftər tut, eletron versiyada olan mühazirəni yaz ora. O dəftərə qiymət yazacam.” Müəllimlə biraz dirəşəndən sonra razılaşdıq ki, xəttatlıq işindən əl çəkib, öz qeydlərimi yazacam.

Digər “sovetski” müəllim isə Ağamusa Zeynalovdur. Yerlimdir mənim. Çox istiqanlı müəllimdir. “Həmişəyaşıl”, eee çaşdım “həmişəqırmızı”dı. O da, elektron versiyadakı mühazirələri çap etdirib, auditoriyada özü üçün oxuyur. Çünki, heç kəs qulaq asmır.

Həə, gəldik Akif Rüstəmov. Bu müəllim tələbələrə birinci semestrdən dərs keçir. İlk dəfə ixtisas fənnindən bu müəllimlə tanışırlar. Amma iş orasıdır ki, bunun dediklərini 3 və 4-cü kursda o biri müəllimlər təkzib edir. Bilmirsən, nə edəsən.

Burada fakültənin bəlası olan iki məsələni qeyd edim: Birincisi, bu təkcə Akif müəllimlə yox, “sovetski”lərin hamısı ilə belədi. Bunlar deyir “daşlıq”dı. Biz də iki il eyni sözü deyirik. Gəlirik, 3 və 4-cü kurslarda deyirlər ki, yox “daşlıq” yalandı, əslində “qumluq”du. Burada tələbəyə sanki, “Atanı, yoxsa ananı çox istəyirsən?” kimi bir sual verirlər. Qalırsan çıxılmaz seçim qarşısında.

İkincisi, fakültədə dəxli olmayan “sovetski”lik hökm sürür. Kitablar elə “Nikolayın dövründə” yazılanlardı. F.Mehdinin “Bədii publisistika” kitabı 1983-də yazılıb. Əvvəldən axıra kommunizm, leninizm, marksiz, jurnalistikada partiyanın əsas tutulmasından bəhs edir. Yeni yazılanlar da Bunun davamı olaraq da, 4-cü kursda İnternet jurnalistika fənnindən 73 yaşlı Akif Rüstəmov dərs deyir. Məncə, (no komment). Bunun səbəbini soruşdum, dekanlıqdan belə cavab verdilər. Bu dərsi bilən müəllim çox pul istəyir. Ona da “pul yoxdu”.

Fakültənin dekanı Yalçın müəllim “Diffamasiya” və “KİV haqda” qanunlara qarşı çıxır. Deyir ki, hər kəsə qəzet nəşr etmək hüququnun verilməsi yanlışdır. Diffamasiya ümumiyyətlə, olmaz!

İkinci cəbhə: “qərbski”lərdi. Bunlar Zeynal Məmmədli və Qulu Məhərrəmlidi. Bu müəllimləri ona görə “qərbski” adlandırdım ki, daha çox qərb jurnalistikasına əsaslanırlar. Bu müəllimlər “sovetski”lərin dediklərinin çoxunu təkzib edirlər. Bunlarda “qumluq”du. Mən də, “qumluq”da yazdığım üçün burda sakitəm. Amma, bu müəllimlər də fakültədəki, bəzi şeylərə göz yumurlar. Bəlkə də, artıq o qədər deyiblər ki, daha yorulublar. Mən heç 1ci kursun əvvəlində belə bir cəbhənin olduğunu bilmirdim. Bunlarla AFU-da tanışdım.

İndi isə, Universitet rəhbərliyi – bunlar dəhşətli dərəcədə bekar adamlardı. Onları da qınamaq olmaz. Adamın, onların xüsusilə, başının üstündə “Allah” var. Bunlar bütün universiteti “Allah”larının yaxşı görməsi üçün kameralarla doldurublar. Hər tində bir kamera. Amma fakültəyə lazımı sayda, lazımı keyfiyyətdəkamera, “işləyən” montaj stolu, digər jurnalist ləvazimatları ilə təmin etmirlər. Bu fakültə jurnalistdən başqa hər şey yetişdirir. Alma, armud, gilas, hətta xiyar da.

Məni ən çox narahat edən isə, bu fakültəyə təcili bir ad tapmaq lazımdı. Mən bir ad tapdım: ATB

P.S Bu yazıdan sonra xəbəri olan (yəqin ki, olaacaq) müəllimlər mənə “sağol” deyər yəqin ki. Yola salmaq üçün. Birinci gün müəllimlərdən “Deputat-tələbə layihəsi” haqda tələbələr arasında yaymaq üçün xahiş edəcəkdim. Yəqin ki, daha kömək etməzlər. Olsun! Mən onsuzda bu sözləri özlərinə də demişəm.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi