Ömürlük cəzamın 6 ayı keçdi - Faciənin qurbanı olan Ayxanın anası

Ömürlük cəzamın 6 ayı keçdi - Faciənin qurbanı olan Ayxanın anası
Bütün Xəbərlər
17:17 19.11.2015
19626
Ömürlük cəzamın 6 ayı keçdi...
 AZXEBER.COM xəbər verir ki, Binəqədi rayonuna binada baş verən yanğından 6 ay keçir.
Ayxanın anası hadisə haqda təsirli sözlər yazıb: 
Bu 6 ay içində dünyada o qədər hadisə baş verdi ki, sanki Allah hər kəsə artıq daha tez-tez "oyanın, mən hər şeyi görürəm" deyir. Amma insanların çoxu hələ də yatır. Bu olanlar barədə fikirlərimi indiyədək paylaşmadım, amma Rusiyada, Fransada baş verən hadisələrə sevinən həmvətənlərimə görə sadəcə utandım. Bir şeyi bilin ki, sizin başınıza nə vaxtsa övlad itkisi gəlsə, siz o aeroportun pəncərəsindən baxan uşaq üçün erməni olsa da belə ağlayardınız. İnsanlığın milliyyəti olmaz.
Bu 6 ay içində ölkəmiz də yaxşıca sirkələndi. Hər şey gec-tez üzə çıxır. Ayxanımın ölümündə günahlandırılanlar, yanğının baş vermə səbəbləri və səbəbkarları, cinayət işinin nə yerdə olduğu barədə hələ də məlumatsız olsaq belə, inanıram ki Allahın cəzası onları tapacaq. Onlar mənim çəkdiklərimi həddsiz dərəcədə artıqlamasıyla çəkəcəklər. O günləri mən mütləq görəcəyəm. Ayxanımın hiss etdiyi o qorxu və çarəsizliyin hər saniyəsinə görə onlar cavab verəcəklər.
#19.05.2015 #matem #yangin #facie #haqqsizliq #ayxan #fereh #ayan #omer #unutmayaq #unutdurmayaq #insanolaq
OXŞAR XƏBƏRLƏR