‘Mursini devirdilər, illər öncə Elçibəyi devirdikləri kimi’ - Fazil Mustafa

SİYASƏT
13:10 04.07.2013
1905

“Hər ikisi bir il hakimiyyətdə qala bildi”.

“Mursini devirdilər. İllər öncə Elçibəyi devirdikləri kimi. Hər ikisi bir il hakimiyyətdə qala bildi. Hər ikisi görünüşcə və ideoloji tutumlarına görə bir-birinə yaxın. Biri islamçı, fəqət demokrat, digəri isə milliyyətçi, fəqət demokrat. Eyni bəhanələrlə və ittihamlarla üz-üzə qalmışlar”.

AZXEBER.COM-un məlumatına görə, bu açıqlamanı öz “Facebook” sosial şəbəkəsindəki profilində millət vəkili Fazil Mustafa paylaşıb. Onun sözlərinə görə, təqribən eyni islahatları keçirmiş, eyni səhvlərə yol veriblər: “Xalq Cəbhəsi və “Müsəlman qardaşları” da kütləvi yayğınlığına görə bir-birinə bənzər. Misirdə ordu İsraillə döyüşə bilmir. İqtisadiyyatın 60 faizi ordunun nəzarətində”. Millət vəkili bildirib ki, onlar biznesə tam şəkildə bulaşmış və imtiyazlarını qorumuşdur: “Bütün hallarda bu hərbi çevriliş Misirin demokratik yolla inkişafını zədələdi. Xalq demokratik yaşama hazır olmayınca, ən müqəddəs adam belə, ən xoş niyyətlə demokratiya gətirə bilmir”. Sonda millət vəkili qeyd edib ki, bu mövzuda ayrıca bir təhlil məqaləsi yazmağa çalışacaq.

OXŞAR XƏBƏRLƏR