Musa Musayev: 'Təranə qazandığım pullardan mənə cəmi 20 manat verirdi'

MAQAZİN
13:22 16.04.2013
6157

5 yaşlı qızının anası Təranə Qumralı xəyanət başında yaxaladığını deyən Musa Musayev, Təranənin açıqlamalarına münasibət bildirdi.  

Musa Musayev ANS PRESS-ə müsahibəsində, Təranə Qumralın "Mən hələ də Musanı sevirəm" açıqlamasına belə cavab verdi: "Onun sevgisi yalan və cəfəngiyatdan başqa bir şey deyil. Təranə çox aferist və afyor qadındı. Mənim sevgimdın istifadə etdi. Mənim 16-17 ilimi əlimdən aldı. Məndən, adımdan, sənətimdən istifadə edib özünə karyera qurdu.  

Təranə məndən yetərincə istifadə etdi. İndi mənim heç nəyim yoxdur. Hər şeyi ona qoyub çıxmışam. Toylardan nə qazanmışıqsa birlikdə qazanmışıq. Qazandığımız pullardan mənə 20 manat verirdi. Mən bəyəm 20 manatlıq kişiyəm?"

OXŞAR XƏBƏRLƏR