Musa Qasımlı vitse-spiker postuna namizəd oldu

SİYASƏT
10:02 23.09.2024
215
Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.

Eyni zamanda, Musa Qasımlı və Rafael Hüseynovun da parlament sədrinin müavini postuna namizədlikləri təsdiqlənib.

Milli Məclisin VI çağırışında sədr müavini olan Fəzail İbrahimli VII çağırışda bu postda olmayacaq.

***
Milli Məclisin VII çağırışında sədrin birinci müavini və 3 vitse-spiker olacaq. Bununla da müavin sayı artacaq.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR