Müşahidə üçün MSK-ya 3070 nəfər müraciət etdi

SİYASƏT
18:15 19.09.2013
1189

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Sosial-Demokrat partiyasının nümayəndəsi Nüşabə Məmmədzadə, Azərbaycan Demokrat Partiyasından isə Nizami Məmmədzadə MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzv kimi qeydə alınıblar. Milli Dirçəliş Hərəkatından siyahı üzrə 18 nəfər səlahiyyətli nümayəndə kimi qeydə alındı. Zahid Orucun səlahiyyətli nümayəndsi kimi Zahid Mirbəşirov qeydə alındı. Bütöv Xalq Cəbhəsi partiyasınıdan 50 nəfərin, Sosial demokrat partiyasınından 5 nəfərin vəkil kimi sənədləri qeydə alınıb. Azərbaycan Demokrat partiyası tərəfindən 17 nəfərin vəkil kimi sənədləri qeydə alınıb. 37 nəfər Cəmil Həsənlinin vəkili kimi, 13 nəfər Ədalət partiyasından vəkili kimi qeydə alınıb. Müasir Müsavat partiyası tərəfindən bir nəfər qeydə alınıb. M. Pənahovun sözlərinə görə, indiyə qədər MSK-ya seçkilər zamanı ölkə üzrə müşahidə aparmaq üçün 3070 nəfər müraciət edib. Dairələr üzrə müşahidə aparmaq istəyənlərin sayı isə 11 340-a çatıb. Məzahir Pənahovun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası tərəfindən cəzaçəkmə müəssisələrində treninq xarakterli tədbirlər həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR