Müsavat Bakı kəndlərini istəmədi - CAVAB

Müsavat Bakı kəndlərini istəmədi - CAVAB
Bütün Xəbərlər
15:20 05.03.2012
1080
  Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Yığıncağın əvvəlində qərarların icra vəziyyəti və görülən işlər haqqında məlumat verilib. Partiyanın qurultayının keçirilməsinə yer ayrılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktuba cavab məktubu müzakirə edilib. Bakı şəhər İH-nin 15 fevral tarixli məktubundan fərqli olaraq 02 mart tarixli məktubunda alternativ yerlərin göstərilməsinin müsbət addım olduğu qeyd olunub. Lakin qurultayın keçirilməsi üçün təklif edilən zallarda yerlərin sayı az olduğundan orada qurultay keçirilməsi məqsədəuyğun hesab edilməyib. Bakı şəhər İH-nə növbəti məktubda qurultayın keçirilməsi üçün ən azı 800-1000 nəfərlik zalın zəruri olduğunu xatırlatmaq qərara alınıb. Qubada baş verən hadisələr ətraflı müzakirə edilib və bütün bunların Azərbaycanda baş verə biləcək hadisələrin kiçik modeli olduğu qeyd edilib. Uzun müddət ərzində Müsavat Partiyasının və İctimai Palatanın ölkədə iqtisadi və siyasi islahatlar aparılmasının, idarəetmə üslubunun köklü surətdə dəyişməsinin, korrupsiya və ədalətsizliyə son verilməsinin vacibliyini qeyd etməsinə baxmayaraq, hakimiyyətin bu tövsiyyələri qulaqardına vurmasının sonu Quba hadisələri ilə nəticələndi. Müsavat Partiyası hadisələrdə iştirak edən insanlara qarşı ehtimal olunan repressiyalara qəti etiraz bildirir, problemlərin xalqla dialoq şəklində həll edilməsini zəruri sayır.
OXŞAR XƏBƏRLƏR