Müsavatçı gənclərdən sensasion video açıqlaması

Müsavatçı gənclərdən sensasion video açıqlaması
GƏNCLİK
16:43 10.09.2013
2136

Müsavatçı gənclərin sosial şəbəkələrdə yaydığı Eldar Namazovun müxalifəti pula satdığı təsvir edilən video ilə bağlı bir gün sonra Müsavat Gənclər Təşkilatı münasibət açıqlayıb.

AZXEBER.COM-a müsahibəsində Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı sosial şəbəkələrdə sürətlə yayılan bu videonun təmsil etdiyi təşkilat tərəfindən yayılmasını təkzib edib: “Bizim partiyanın gənclər təşkilatının bu video ilə heç bir əlaqəsi yoxdur. Bu təxribatdır”.

Xatırladaq ki, videoda son vaxtlar müxalifət düşərgəsinə “satqın”çılıqda günahlandırılan Rauf Arifoğlunun da tənqid olunması belə ehtimallara yol açır ki, bu, Müsavat daxilində hansısa narazı qrup tərəfindən hazırlanmış videodur. Bir müddət əvvəl Müsavat Partiyasının Gənclər Təşkilatına sədr seçkiləri də böyük skandalla müşayiət olunub və hələ də yeni sədr müəyyən olunmayıb.

Bu videonun həmin nəticələrdən narazı qalan müxalifətçi gənclər tərəfindən yayılması ehtimalı yüksək qiymətləndirilirdi. Tural Abbaslı bu ehtimallara da münasibət bildirib, o, Gənclər Təşkilatına sədr seçkiləri zamanı baş verən narazılıqların demokratik qaydada həll edildiyini söyləyib: “Gənclər Təşkilatında sədr seçkilərində narazılıqlar olmuşdu. Elə namizəd var idi ki, onun adı siyahıya düşmüşdü, bəzilərinki düşməmişdi. Ancaq bütün problemlər şəffaf şəkildə öz həllini tapdı”.

T.Abbaslı videonun kimlər tərəfindən hazırlandığını açıqlamasa da, AXCP Gənclər Təşkilatına da işarə vurub. Sosial şəbəkələrdə AXCP Gənclər Təşkilatı üzvlərinin Müsavat Partiyası ətrafında ajiotaj yaratmaq istəyindən bəhs edib: “Müsavat Gənclər təşkilatı ətrafında o zaman ajiotaj yaratmaq mümkün olardı ki, Müsavat Partiyasının içərisində müəyyən boşluqlar mövcud olsun. Buna görə partiyanın nüfuzuna xələl gətirmək mümkün olardı. Müsavat Partiyasının nizamnaməsinə görə hansısa bir narazılıq varsa, seçki yenidən keçirilə bilər. Partiya kiminsə fikrinə görə yox, öz nizamnaməsinə uyğun fəaliyyət göstərir və atdığı bütün addımları buna görə tənzimləyir”.

Qeyd edək ki, ötən gün yayılmış məlumatlarda bu videodan sonra müxalifətçi gənclər arasında əlbəyaxa dava da düşdüyü də deyilirdi. Hətta davaya partiya sədrləri təhqir olunduğu üçün AXCP Gənclər Təşkilatının fəallarının da qoşulduğu bildirilirdi. Tural Abbaslı bunları təkzib etsə də, hələlik AXCP Gənclər Təşkilatı yayılmış məlumatları nə təsdiq, nə də təkzib etməyib.

Azər Niftiyev, AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib