"Facebook" sosial şəbəkəsində Yeni Azərbaycan Partiyasının profili xakerlər tərəfindən ələ keçirilib.
AZXEBER.COM-un məlumatına görə, sosial şəbəkədə olan YAP səhifəsi müsavatçı xakerlər oğurlayıb.( https://www.facebook.com/profile.php?id=100002266819472 ) Hazırda səhifədə Müsavat başqanı İsa Qəmbərin videoları, mitinqlərdən çıxışları, müxalifət partiyalarını təbliğ edən süjetlər paylaşılır.
AZXEBER.COM portalının əməkdaşı Yeni Azərbaycan Partiyası mətbuat xidməti ilə telefon bağlantısı yaratsa da, iş vaxtı bitdiyindən zəng cavabsız qalıb. Məsələyə yenidən qayıdacağıq.