"Müsəlman dövləti olan Braziliyaya azarkeşlik edəcəm" - Siyasilərin mundial açıqlamaları

"Müsəlman dövləti olan Braziliyaya azarkeşlik edəcəm" - Siyasilərin mundial açıqlamaları
SOSİAL
13:33 14.06.2018
7404
Bu gün Rusiyada keçiriləcək dünya çempionatına start veriləcək.

7-dən 77-ə hər kəsin diqqətinin şimal qonşumuza yönələcəyini desək, yanılmarıq.

Bəs görəsən, siyasilərimiz necə, mundiala hazırdırlarmı? Onların azarkeşlik etdikləri komandalar hansılardır?

AZXEBER.COM xəbər verir ki, Yenicag.az bu sualla bağlı siyasi arenada fəaliyyət göstərən bir neçə şəxsə müraciət edib:

Aqil Abbas, millət vəkili:

"8 yaşımdan futbola baxıram. Həmişə Braziliyanı sevmişəm. Onun qədər sevdiyim komanda yoxdur. Təbii ki, bir də Türkiyədir. Amma Türkiyə mundiala qatılmayıbsa, biz də Almaniyaya azarkeşlik etməliyik. Çünki orada üç türk oynayır. Qoy onların da sinəsində dünya çempionatının qızıl medalı parlasın. Finalda Almaniya ilə Braziliya üz-üzə gəlsə, almanlara azarkeşlik edəcəm. Mundialda heç vaxt sürpriz komanda ola bilməz. Dünyada 6-7 nəhəng komanda var. O biriləri isə yamaqdır. İtaliyanın mundiala vəsiqə qazanmaması çox pis oldu. Bu şeir deyil ki, öz şairlərindən misal çəkib, çempion olsunlar. Ona qalsa, bizim Nizamimiz, Füzulimiz var. Növbəti çempionatda şərtləri yüngülləşdirəcəklər. Futbol pul gətirir. Buna görə də, bu idman növü artıq qumardır. 2026-cı ildə 48 komanda olacaq. Yəqin, 2030-cu ildə komandaların sayı 200 olacaq. Bədbin olmaq lazım deyil, inşallah, biz də mundiala qatılarıq”.

Fəzail Ağamalı, millət vəkili

"Ümumiyyətlə, proqnoz verməyi xoşlamıram. Neçə ildir siyasətdəyəm, heç bununla bağlı proqnoz vermirəm. Futbola bağlı proqnoz vermək də mənlik deyil. Sadəcə, bir azarkeş kimi oyunun incəsənətinə baxıram. Oyunun gözəlliyi məni özünə cəlb edir. Bu baxımdan istirahət edirəm. Dəlisov azarkeşlərdən deyilən. İspaniya, Portuqaliya və bu sistem üzərində qurulan komandaların oyununa üstünlük verirəm. Orada kobudluq yoxdur, gözəl oyun, kombinasiyalar var. Oyunun sona qədər aparılmasında xüsusi iradə nümayiş etdirən Almaniya yığmasının dünya miqyasında əvəzi yoxdur. Onlar sona qədər mübarizə aparırlar və zərrə qədər də ruhdan düşmürlər”.

Hafiz Hacıyev, Müasir Müsavat partiyasının sədri:

"Yaxşı olardı ki, mundialda öz millimiz çıxış edərdi. Hafiz bəy milli qüruru olan insan kimi hər zaman milli məsələlərə üstünlük verir. Azərbaycan yoxdursa, könlümüz Türkiyədən yanadır. Amma Türkiyə dünya çempionatına vəsiqə qazanmadığı üçün, müsəlman dövləti olan Braziliyaya azarkeşlik edəcəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir