Müsəlman oğlan parisliləri ağlatdı - VİDEO

DÜNYA
16:50 19.11.2015
4842
"Mən sizə inanıram. Əgər siz də mənə inanırsınızsa mənə sarılın"
Fransanın paytaxtı Parisdə ötən cümə törədilən terror hadisəsindən sonra insanların müsəlmanlara qarşı olan fikirlərində qorxu daha çox yer almaqdadır.
 
Bunu anlayan Parisdə yaşayan müsəlman gənc çoxlarını hətta ağladan bir addım atıb.
Terror aktından sonra Parisin mərkəzində həmin gənc gözlərini bağlayaraq insanların ona sarılmasını istəyib. O qarşısına kağız parçası üzərində yazı yazıb: " Mən müsəlmanam. Mən sizə inanıram. Əgər siz də mənə inanırsınızsa mənə sarılın" .
 
Bu yazını görən çoxlu sayda fransız və digər millətlərdən olan sakinlər həmin müsəlman gəncə yaxınlaşaraq ona sarılıb.
 
Həmin videonu sizə təqdim edir:
OXŞAR XƏBƏRLƏR