Müsəlmanların etiraz dalğası Niderlanda da çatdı

DÜNYA
14:04 17.09.2012
1416
Məhəmməd peyğəmbəri (s.ə.s) təhqir edən filmə etiraz olaraq, Niderlandda da aksiya keçirilib. Paytaxt Amsterdamda ABŞ səfirliyinin önünə toplaşan nümayişçilərə ancaq səfirlikdən 200 metr aralıda aksiya keçirməyə icazə verilib.
Niderlanddakı "Müsəlman qardaşları" təşkilatı tərəfindən təşkil olunan aksiyanın iştirakçıları ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.
Gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəçində keçən aksiya insidentsiz ötüşüb.

OXŞAR XƏBƏRLƏR