Müsəlmanların namaz qalması ingilisləri qəzəbləndirdi - FOTO

Müsəlmanların namaz qalması ingilisləri qəzəbləndirdi - FOTO
Bütün Xəbərlər
18:22 13.02.2012
2364

İngiltərədə müsəlmanların şəhərin mərkəzində namaz qılması zamanı lentə alınan görüntülər mübahisəyə səbəb olub.

AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə,"Sunday Telegraph" qəzeti "İngiltərənin inanc dünyasının gələcəyini nələr gözləyir?" başlıqlı yazı yazıb. Qəzet bir çox müsəlmanın küçədə birlikdə namaz qıldığı fotoşəkil yayımlayıb. Qəzetə müsahibə verən müsəlman Adəm "Bura iş yerimizə ən yaxın yerdir. Məscidə sığmadığımız üçün küçədə namaz qılırıq" deyib. Bəzi şəxslər bu fotoşəkili  müsəlmanların özündən razılığıyla əlaqələndirib və bununla bağlı etiraz aksiyası keçirəcəklərini bildiriblər. Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR