“Museum Furniture showroom”da “Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirildi - Fotolar

“Museum Furniture showroom”da “Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirildi - Fotolar
İQTİSADİYYAT
15:53 23.10.2025
204
Azərbaycan mədəniyyətinin zəngin ruhunu və estetik dəyərlərini özündə əks etdirən "Xarı Bülbül” çilçırağının təqdimat mərasimi unudulmaz bir gecəyə çevrilib. Layihə milli irsin və incə zövqün mükəmməl sintezini nümayiş etdirərək, sənət və dizayn dünyasında xüsusi yer tutub.

AZXEBER.COM xəbər verir ki, bu unikal layihənin ideyası "Museum Furniture” tərəfindən irəli sürülüb və onun həyata keçirilməsi artıq 1 il idi ki, planlaşdırılırdı.

İcra prosesi asan olmasa da, uzunmüddətli əmək və yaradıcılıq nəticəsində "Xarı Bülbül” çilçırağı ərsəyə gətirilib.

Layihə Azərbaycanın zəngin mədəniyyəti və tarixinə həsr olunub. Onun hazırlanmasında italyan mütəxəssislərlə əməkdaşlıq mühüm rol oynayıb. Dizayn prosesi İtaliyanın Neapol şəhərində yerləşən "İ Borbone” brendi ilə sıx əməkdaşlıq çərçivəsində ilk gündən son ana qədər qeydə alınıb. Bu müddət ərzində italyan tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş məlumat verilib, nəticədə ölkəmiz haqqında dərin təəssüratlar formalaşıb.

Təqdimat mərasimində milli musiqi alətləri, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib. Tədbir iştirakçıları üçün bu təqdimat təkcə bir dizayn layihəsi deyil, həm də milli dəyərlərə hörmətin və qürurun ifadəsi olub.

Tədbirdə vurğulanıb ki, "Xarı Bülbül” Azərbaycanın simvoluna çevrilib. "Museum Furniture” də müəllifi olduğu və ərsəyə gətirdiyi bu layihədə məhz bunu da nəzərə alıb.

Əgər bu simvol torpaqlarımızın işğalı dövründə itkini və nisgili ifadə edirdisə, bu gün artıq o, dirçəlişin və qələbənin rəmzi kimi qəbul olunur.

"Xarı Bülbül” çilçırağı layihəsi iki fərqli, lakin ruhca bir-birinə yaxın mədəniyyətin – Azərbaycan və İtaliyanın birliyini əks etdirir. Bu çilçıraq sadəcə bir interyer elementi deyil, həm də xalqımıza, tariximizə və mədəniyyətimizə olan dərin ehtiramın simvoludur.
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
09:37 27.07.2026
Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var
09:24 27.07.2026
Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var
Küləyə görə Bakı-Pirşağı-Sumqayıt qatarında problem yarandı - 20 dəqiqə gecikdi
09:13 27.07.2026
Küləyə görə Bakı-Pirşağı-Sumqayıt qatarında problem yarandı - 20 dəqiqə gecikdi
Bu ərazilərdə qaz olmayacaq
08:52 27.07.2026
Bu ərazilərdə qaz olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır