Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının məsləhətçisi, Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinə verdiyi dəstəyə görə “İlin Mətbuat Katibi” adına layiq görülüb.
AZXEBER.COM-un məlumatına görə, ötən gün İslahatçı Gənclər İctimai Birliyinin (İGİB) keçirdiyi "2 fevral – Gənclər günü" ilə bağlı tədbirdə bir neçə nominasiya üzrə Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinə verilən dəstəyə görə millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri və bəzi mətbuat orqanları mükafatlara layiq görülüb.
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinə verdiyi dəstəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının məsləhətçisi, Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov da fəaliyyəti ərzində göstərdiyi xidmətə görə gənclər tərəfindən “İlin mətbuat katibi” adına layiq görülüb.
Qeyd edək ki, AZXEBER.COM informasiya portalı da Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinə verdiyi dəstəyə görə mükafata layiq görülənlər arasındadır. Mükafatı alan portalın baş redaktoru Hacıbəy Heydərli çıxış edərək, portalın bütün kollektivi adından İGİB fəallarına öz təşəkkürünü bildirib.












































