Müşfiqabadda yaşayış binasında yanğın olub

Müşfiqabadda yaşayış binasında yanğın olub
SOSİAL
22:08 10.07.2026
335
Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yanğın hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə qəsəbədə yerləşən 19 nömrəli beşmərtəbəli yaşayış binasının şaxtasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb və alov tamamilə söndürülüb.
OXŞAR XƏBƏRLƏR