Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”

Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
SİYASƏT
21:04 19.10.2026
246
"Biz bir-birimizə ehtiyac duyduğumuz zaman əl uzadan iki ayrı millət deyil, bir-birinin əlini heç vaxt buraxmayan tək millətin iki dövlətində yaşayırıq.

Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”.

Bu fikirləri İstanbul Aydın Universitetinin İdarə Heyətinin sədri professor Mustafa Aydın Azərbaycan-Türkiyə qardaşlığının tarixi əhəmiyyəti, iki ölkə arasındakı sarsılmaz münasibətlər və bu birliyin gələcək nəsillərə ötürülməsinin vacibliyi ilə bağlı bəyanatında səsləndirib.

Mustafa Aydın bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixin ən ağır sınaqlarından keçərək möhkəmlənib, qarşılıqlı fədakarlıq və səmimi həmrəylik əsasında formalaşmış köklü tale birliyidir.

O vurğulayıb ki, "İki dövlət, tək millət” şüuru gündəlik siyasi proseslərin, müvəqqəti fikir ayrılıqlarının və ayırıcı ritorikanın kölgəsində qala bilməyəcək qədər güclüdür. Azərbaycan-Türkiyə qardaşlığı hər iki xalqın ortaq tarixindən, milli yaddaşından və qarşılıqlı etimadından qaynaqlanır.

Mustafa Aydın xatırladıb ki, Türkiyənin İstiqlal mübarizəsinin ən çətin günlərində Azərbaycanın göstərdiyi dəstək, eləcə də Türkiyənin hər zaman azərbaycanlı qardaşlarının yanında olması ortaq tarixin ən dəyərli həmrəylik nümunələrindəndir. Onun sözlərinə görə, bu tarixi bağlılığın unudulmaması və gələcək nəsillərə çatdırılması mühüm vəzifədir.

Bu kontekstdə Mustafa Aydın Azərbaycanın sabiq baş nazirlərindən Həsən Həsənovun müəllifi olduğu və özünün redaktorluğu ilə nəşr edilən "Nəriman Nərimanovun Milli Dövlət Anlayışı və Fəaliyyətləri” kitabına da diqqət çəkib.

O, Nəriman Nərimanovun "Paşam! Qardaş qardaşa borc verməz, əlindən tutar” sözlərinin Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə edən mühüm tarixi mesaj olduğunu bildirib. Qeyd edib ki, bu fikrin Türkiyə türkcəsinə tərcümə edilərək oxuculara təqdim olunması ortaq tarixi yaddaşın qorunmasına xidmət edir.

Mustafa Aydın vurğulayıb ki, hazırkı həssas dövrdə hər iki cəmiyyəti təmsil edən ziyalıların, fikir adamlarının, siyasətçilərin və dövlət rəsmilərinin üzərinə böyük məsuliyyət düşür. Onun fikrincə, hər kəs öz sözünün və mövqeyinin məsuliyyətini dərk etməli, heç bir müzakirənin Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə zərər vurmasına imkan verilməməlidir.

Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Mustafa Aydın ölkəmizə davamlı inkişaf və müstəqilliyinin əbədi olmasını arzulayıb.

"Azərbaycan və Türkiyə bir-birinə ehtiyac duyduqda əl uzadan, çətin gündə bir-birinin yanında olan iki qardaş dövlətdir. Qardaşlığımız daim, birliyimiz əbədi olsun!” – deyə Mustafa Aydın bildirib.

//Samir Qurbanov, Editor.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
23:09 19.10.2026
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
22:56 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
22:43 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
22:33 19.10.2026
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
22:27 19.10.2026
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:19 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
22:12 19.10.2026
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
Ronaldo cərimələndi
22:05 19.10.2026
Ronaldo cərimələndi
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026