“Məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”.
Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir.
Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir.
“Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir”, - deyə R.Rzayev bildirib.
Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır.
“Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”, - deyə o qeyd edib.
///Report