Mütəxəssislərdən barmaq izi xəbərdarlığı - Fotolarda bunu edirsinizsə...

Mütəxəssislərdən barmaq izi xəbərdarlığı - Fotolarda bunu edirsinizsə...
SOSİAL
14:24 15.05.2026
368
Fotoşəkillərdə tez-tez istifadə olunan "V” işarəsinin (barmaqlarla "qələbə” və ya "peace” simvolu) düşündüyümüzdən daha ciddi təhlükəsizlik riski yarada biləcəyi ortaya çıxıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki. mütəxəssislərin açıqlamalarına görə, yüksək keyfiyyətli fotoşəkillərdə insanın barmaq izləri bu jest zamanı kifayət qədər aydın görünə bilər. Süni intellekt və görüntü analizi texnologiyalarının inkişafı isə həmin izlərin bərpa olunmasını və klonlaşdırılmasını mümkün edə bilir.

Bildirilir ki, xüsusi proqramlar vasitəsilə fotoşəkildən əldə olunan vizual məlumatlar emal edilərək barmaq izinin konturları çıxarıla və bu məlumatlar təhlükəsizlik sistemlərini keçmək üçün istifadə oluna bilər. Bu isə xüsusilə biometrik autentifikasiya ilə qorunan sistemlər üçün risk yaradır.

Ekspertlər və kibertəhlükəsizlik mütəxəssisləri insanlara ictimaiyyətə açıq paylaşılan fotolarda barmaq izlərinin görünməsinə diqqət etməyi, xüsusilə yüksək çözünürlüklü şəkillərdə bu cür jestlərdən mümkün qədər az istifadə etməyi tövsiyə edirlər.

Aysel

OXŞAR XƏBƏRLƏR