Ürək döyüntüsü dəqiqədə 60-dan aşağı düşürsə, bu, aşağı ürək dərəcəsi deməkdir. Aşağı ürək dərəcəsi tibbdə bradikardiya da adlanır. Bradikardiya ürəyin yavaş döyünməsi deməkdir.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislər ürək döyüntüsünün 40-a düşməsi təhlükə hal olmasından xəbər verir.
BRADIKARDİYANIN ƏLAMƏTLƏRİ:
Başgicəllənmə;
Həddindən artıq yorğunluq, huşunu itirmə;
Əzələlərdə kramplar;
Soyuq və həddindən artıq tərləmə;
Bradikardiya müalicə edilməli olan bir vəziyyətdir. Nəzarət altına alınmazsa, huşunu itirmə, ürək çatışmazlığı, infarkt və sonra ani ölümlə nəticələnə bilər.
Bradikardiyanın müalicəsində simptomları tanımaq və onlara səbəb olan xəstəliklərə nəzarət etmək lazımdır. Ətraflı müayinə və analizlər nəticəsində uyğun müalicə üsuluna başlanılır.
Mütəxəssislər bildirir ki, bradikardiyanın qarşısını almağın ən yaxşı yolu ürək xəstəliklərinin qarşısını almadır.
Müntəzəm idman etməklə, sağlam qidalanaraq ideal çəkini qoruyub saxlamaqla, siqaret, spirt və narkotik kimi bədəninizə zərər verəcək faktorlardan uzaq durmaqla ürək xəstəliyi riskinizi minimuma endirə bilərsiniz.
Aydın