Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ

Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
SİYASƏT
19:53 23.08.2026
630

Bu, klassik deyil, fərqli ittifaq fəlsəfəsidir.

Özbəkistan və Azərbaycan arasında əbədi dostluğu hədəfləyən sənəd hər iki ölkə qarşısında təkcə hüquqi-siyasi öhdəliklər yaratmır, həm də mənəvi-tarixi məsuliyyət formalaşdırır. 

Azərbaycan xarici siyasətində yeni model...

Azərbaycanın digər ölkələrlə münasibətlərində ikinci belə bir nümunə yoxdur. Yəni, Azərbaycan tarixində başqa bir dövlətlə münasibətləri məhz "Əbədi dostluq haqqında Müqavilə” ilə rəsmiləşdirmək ənənəsinə rast gəlmirik. Daha dəqiq ifadə etsək, müasir Azərbaycan diplomatiyasında bunun analoqu yoxdur. 

Hələ sovet dövründə Özbəkistan və Azərbaycan arasında mənəvi, tarixi bağlılıq xüsusi diqqət çəkirdi. Türk dövlətləri içərisində Özbəkistan yeganə ölkədir ki, Azərbaycana və azərbaycanlılara müsbət münasibəti ilə həmişə fərqlənib. 

Azərbaycan bir sıra ölkə ilə strateji müttəfiqlik sənədi imzalayıb.

Özbəkistanla da münasibətlər 23 avqust 2024-cü ildə müttəfiqlik səviyyəsinə çatdırılmışdı. 

Lakin iki il sonra - 23 avqust 2026-cı ildə Özbəkistanla strateji münasibətlərin daha mötəbər mərhələyə daşınması təsadüf sayıla bilməz. Məncə, burada çox ciddi siyasi, tarixi və strateji məna var.

Azərbaycan digər ölkələrlə müttəfiqlik münasibətləri qurub, amma Özbəkistanla münasibətlərin bundan sonrakı mərhələsi "əbədi dostluq” adlandırılıb.

Bu artıq klassik deyil, fərqli ittifaq fəlsəfəsidir.

Əgər müttəfiqlik sənədi dövlətlərin maraqlarının, təhlükəsizlik və qarşılıqlı dəstək mexanizmlərinin yaxınlaşmasını ifadə edirsə, 
əbədi dostluq sənədi isə münasibəti daha nəsillərüstü və dəyişməz siyasi-strateji, tarixi çərçivəyə mərhələyə yüksəldir. 

Bundan başqa, iki ölkə arasında Ali Dövlətlərarası Şura yaradılıb, qarşılıqlı dövlət səfərləri intensivləşib və Bakı-Daşkənd münasibətləri Mərkəzi Asiya-Cənubi Qafqaz bağlantısının əsas siyasi xətlərindən birinə çevrilib.

Bu müqavilədən çıxan əsas nəticələrdən biri budur: 

Azərbaycanın xarici siyasətində "müttəfiqlik” artıq münasibətlərin son nöqtəsi kimi deyil, müəyyən ölkələrlə daha yüksək siyasi-hüquqi, tarixi-mənəvi statusa keçidin mərhələsi kimi görünməyə başlayır.

Özbəkistanla "əbədi dostluq” müqaviləsi isə bunun ilk nümunəsidir. Müxtəlif ölkələrlə müttəfiqlik sənədləri olduğu halda, "əbədi dostluq” formulunun məhz Özbəkistanla seçilməsi Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi siyasi status verildiyini göstərir.

Samir Feyruzov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:14 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər