Müxalifət Bulvarda yürüş-aksiya keçirəcək

Müxalifət Bulvarda yürüş-aksiya keçirəcək
Bütün Xəbərlər
18:31 21.05.2012
1580
İctimai Palata (İP) mayın 25-də Dənizkənarı Milli Parkda dinc yürüş-aksiya keçirəcək. Bu barədə APA-ya İP katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib. O bildirib ki, İctimai Palatanın liderləri də Dənizkənarı Milli Parkda gəzintiyə çıxacaq.G. Aslanlı aksiyanın keçiriləcəyi saatın İP Koordinasiya Şurasının mayın 23-də keçiriləcək iclasında müəyyənləşəcəyini söyləyib. O, aksiya ilə bağlı heç bir dövlət qurumuna müraciət ünvanlanmayacağını, buna zərurət olmadığını da əlavə edib. Dinc aksiya zamanı heç bir şüar səsləndirilməyəcək.
OXŞAR XƏBƏRLƏR