Müxalifət liderinin pulu ilə kolbasa ziyafəti

DÜNYA
08:40 11.12.2012
1046
Türkiyə Kayseri şəhərinin bələdiyyə sədri Mehmet Özhaseki anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu və bu partiyaya üzv olan 2 millət vəkilinə qarşı qaldırdığı məhkəmə iddiasından təzminat qazanıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, sədr 80 000 lirə (təx. 36 000 manat) qazanıb və bu məbləğin ilkin ödənişi olan 20 000 lirəyə (8 775 manat) 3.5 ton kolbasa alaraq şəhər sakinlərinə paylayıb.Qeyd edək ki, yerli sakinlərə paylanılan kolabasaların üstündə CHP sədrinin məhkəmədə uduzması və paylanan mallar üçün ödənilən vəsaitin bu sayədə əldə olunması barədə etiketlər yapışdırılıb.

OXŞAR XƏBƏRLƏR