ANS TV-nin məlumatına görə, aksiya rayon İcra Hakimiyyətilə razılaşdırılmadığından onun gedişi polislər tərəfindən nəzarətdə saxlanılıb. Aksiya iştirakçıları etirazlarının məqsədini bir qrup müsavatçının partiya sıralarından xaric olunması ilə izah ediblər. Müsavat partiyası Masallı rayon təşkilatının sədr müavini aksiya barədə məlumatlı olmadıqlarını deyib.