Müxalifət mitinq edəsi olmadı - Koordinasiya Şurası

Müxalifət mitinq edəsi olmadı - Koordinasiya Şurası
Bütün Xəbərlər
15:39 04.05.2012
1144
İctimai Palata mayın 6-na təyin olunan mitinqini təxirə salıb. Qurumun Koordinasiya Şurasının üzvü Rafiq Manaflı mayın 4-də “Media forum” saytına bildirib ki, mitinqin təxirə salınması Bakı Şəhər İcra Hakimiyyətinin aksiya üçün münasib meydan ayırmaması ilə bağlıdır: “İctimai Palata əvvəldən elan etmişdi ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin yenə də 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin meydançasında keçirilməsini təklif etsə, bununla razılaşmayacaq. Meriya bizə yenə də 20-ci sahəni təklif edib. Ora getmək niyyətimiz yoxdur. Ona görə də 6 may aksiyasını təxirə saldıq”. R.Manaflı deyib ki, İctimai Palata iki dəfə xoş niyyət və konstruktivlik göstərərək Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyi ilə razılaşıb və 20-ci yaşayış sahəsində mitinq keçirib: “Amma hakimiyyət İctimai Palatanın bu xoş niyyətini və konstruktivliyini qiymətləndirə bilmədi. Hər iki mitinqdə bizə böyük problemlər yaratdılar, avtobusları xətdən çıxardılar, yolu bağladılar. Üçüncü dəfə 20-ci sahədə mitinq keçirəndə bizə problem yaradılmayacağına heç kim təminat verə bilməz. Ona görə də bir daha 20-ci sahəyə getməyəcəyik”. Şəhərin mərkəzində meriya ilə razılaşdırmadan mitinq keçirilməməsinin səbəbinə gəlincə, R.Manaflı qeyd edib ki, İctimai Palata indi buna zərurət duymur: “Əvvəla, yenə də konstruktivlik göstərərək ölkədə vəziyyəti gərginləşdirmək istəmirik. İkincisi, icazəsiz mitinqlərə polis sərt formada müdaxilə edir, onlarla müxalifətçi həbs olunur. Ötən ilin aprel ayındakı mitinqdə həbs olunalar hələ də azadlığa buraxılmayıblar. Dostlarımızın həbs olunmasını istəmirik. İcazəsiz mitinqlərin məqamı yetişməyib. Məqam çatanda bunu da edəcəyik”. Koordinasiya Şurasının üzvü bildirib ki, İctimai Palata mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək. İctimai Palata 6 may mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən - keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışınadək, Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən - Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanadək, Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək olan yerləri istəmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama