Müxalifət seçkilərdə qalib gəldi, iqtidar öz xoşuyla getdi
Bütün Xəbərlər
11:02 16.09.2011
1134
Danimarkada solçu və mərkəzçi partiyaların koalisiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. İlkin hesablamalara görə, müxalifət parlamentdə 89 yer qazanıb.Liberal və Mühafizəkarlar, Xalq partiyalarını, eləcə də Liberal Alyansı birləşdirən sağ-mərkəzçi koalisiya 10 illik hakimiyyətdən sonra müxalifətə keçir. Hakim koalisiya 86 deputat mandatı qazanıb.Baş nazir Lars Lekke Rasmussen məğlubiyyəti etiraf edib və sol-mərkəzçi koalisiyanın lideri Helle Tornin-Şmitti təbrik edib. Liberal partiyanın qərargahında çıxış edən baş nazir bəyan edib ki, bu gün kraliçaya seçkilərin nəticələrini və öz kabinetinin istefasını təqdim edəcək. Beləliklə, Danimarkanın yeni hökumətinə 44 yaşlı Helle Torninq-Şmitt başçılıq edəcək. O, ölkənin tarixində ilk qadın baş nazir olacaq.