Turxan ƏliquliyevMüxalifət nədir? Müxalifət, siyasətdə idarə gücünə malik olmayan şəxslər və qruplardır. Mövcud iqtidara qarşı “mübarizə” aparan toplumdur. Bəs hal-hazırkı müxalifətin fəaliyyəti nədən ibarətdir?
Əliyevlər 20 ildir ölkəmizdə iqtidardadırlar. Burada Əliyevlərin ölkəni düzgün idarə etməsi əsasdır. Ənənəvi müxalifətin zəif olması qalsın bir kənara, istənilən an Azərbaycanı satmağa hazır olmaları Azərbaycan insanının onlara olan inamını tamamilə məhv etmiş oldular. Əvəzində isə Əliyevlər ölkəni layiqincə idarə edir, iqtidara sahib çıxa bilirlər. Mövzudan kənara çıxmaq istəmirəm, yazımın bugünkü qəhrəmanları müxalifətdən öz seksual təlabatlarını ödəmək üçün istifadə edən gənclərdir.
Müşahidə etdiyim qədərilə, yaxın bir il ərzində müxalif düşərgəyə qədəm qoymuş gənclər iqtidarla sağlam mübarizə aparmaq üçün yox, təbii ehtiyaclarını ödəmək üçün gəliblər. Təbii ki, burada “qızlarımızın qadın olması” çox önəmli hadisədir. Günlərini “PUB”larda keçirən, qızlarla yaxınlığa can atan gənclər evə çatan kimi “silaha” (klaviaturaya) əl atır və başlayır iqtidarı təhqir etməyə. Bu yolla özlərini inqilabçı, anarxist adlandıranlar da az deyil. Bəlkə də nə vaxtsa başa düşəcəklər səhv yolda olduqlarını, sağlam mübarizənin belə olmadığını, həmin vaxt da gec olacaq.
Özlərini şərəfli, vicdanlı hesab edən gənclər əslində kimdir? O gənclər ki, cəmiyyətdən təcrid olunub, normal şəxsiyyət kimi formalaşmayıb, fərqlənmək üçün bir düşərgəyə toplanmış və özlərinə müxalifətçi adını vermişlər. Tək təsəlliləri özləridir, “biz vicdanlıyıq, şərəfliyik, haqsızlığa göz yummuruq” deyərək bir-birilərinə stimul verib oyuncaq funksiyalarını davam etdirirlər. Müxalifətin əslində necə olmağı yox, olmamağı gənclərə elə mükəmməlliklə aşılanır ki, niyyəti yaxşı olan insanlar belə bu oyunun oyuncaqlarına çevrilir.
Müxalifətin əsas simvollarından biri də “azad seks” ifadəsidir ki, loru dillə izah etsək “qızlar qadın olsun” mənasını ifadə edir. Əslində hər kəsin şəxsi seks həyatı var, buna qarışmaq düzgün olmazdı. Lakin işlərinin asanlaması üçün seksin kütləviləşməyinə dəstək verən gənclər də elə müxalifətçilərdir.
Son zamanlar isə müxalif düşərgəyə daha çox azyaşlılar gəlir, məqsəd isə birdir: seksual təlabatlarının ödənməsi. Vicdan, şərəf sözləri altında gizlənən məqsədlər bir daha müxalifətin hansı səviyyədə olduğunu açıq-aşkar göstərir. Təkcə azyaşlılarla bitməyən sərgüzəştlər ailəli insanlara da nüfuz etmişdir. Ailəli olan xanımlardan gənclərə öz “tövhələrini” verənlər də var. Fikirləşəndə ki, bu gənclər inqilab edəcək, sadəcə gülmək tutur insanı. Müxalifət cəmiyyətə belə gənclər yetişdirməklə eyni zamanda atasız uşaqlar da yetişdirir. Çox maraqlıdır, məqsəd mübarizədir yoxsa tərbiyəsizliyin müasir olduğunu cəmiyyətə sırımaq? Azad seks uğrunda mübarizə ilə iqtidara qarşı mübarizə tamamilə fərqli anlayışlardır. Bu fərq başa düşülməyənə qədər müasirliyi ana olmaqla səf salanlar da çoxalacaq.
Ancaq həyatda hər şey tükəndiyi kimi bu hiss də əvvəl-axır sona çatacaq və bu gənclər səhv yolda olduqlarını anlayacaqlar. Monitor arxasında əjdahaya dönən gənclərə xatırlatmaq istərdim ki, kiminsə qızına yaxınlıq etmək, “facebook”da like” yığmaq üçün özünü axırıncı yola qoymaq heç də ürəkaçan hal deyil. Adam gərək müxalifətçiliyi də kişi kimi etsin, əgər bunu bacarmırsızsa kənarda durub öz seksual tələbatınızı ödəməklə məşğul olun.