Müxalifətə Bakı kəndləri təklif olundu

Müxalifətə Bakı kəndləri təklif olundu
Bütün Xəbərlər
18:50 04.03.2012
1635
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultay üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verib. Partiyaya Bakının kəndlərində dörd müxtəlif yer təklif edilib. Bu barədə “Yeni Müsavat”a partiyanın başqan müavini Tofiq Yaqublu məlumat verib. Onun özlərinə görə, martın 2-də verilən cavabda qurultay üçün Müsavata Maştağa qəsəbəsində Məmmədyarov adına mədəniyyət klubu, Əmircan qəsəbəsindəki mədəniyyət klubu, Bakı kinoteatrı və Bakıxanov qəsəbəsində Ədil Əskəndərov adına mədəniyyət sarayı təklif edilib. Bizim qurultay keçirməyimiz üçün min nəfərlik yer tutan zal lazımdır. Çünki qurultayda ən azı min nəfərin iştirakı gözlənilir. 700 nəfərdən artıq qurultay nümayəndəmiz olacaq. 200-300 nəfər ölkə içindən və xaricdən gələn qonaqlarımız olacaq. Həmçinin media və partiya fəallarını da nəzərə alsaq, bu siyahı bir qədər də artar. Gələn qonaqların bütün qurultayda iştirak etməyəcəyini nəzərə alıb, 800 nəfərlik yerdə də qurultay keçirə biləcəyimizi razılaşdırdıq. Ancaq bizə təklif edilən yerlərin heç birində bu qədər insanı yerləşdirmək mümkün deyil. Biz Bakı Şəhər İcra Hakimiyyətinin cavabından sonra dərhal təklif edilən yerlərə baxış keçirdik və maraqlandıq. Mədəniyyət sarayları 300 nəfərlikdir. Bakı kinoteatrının rəhbərliyi isə obyektin təmir olunduğunu bildirərək bizə yer verməkdən imtina etdi”. T.Yaqublunun sözlərinə görə, məsələ martın 5-də Müsavat Partiyasının Divanında müzakirə olunacaq.
OXŞAR XƏBƏRLƏR