'Müxalifətin Azərbaycanın uğurlarına sevinməmək xüsusiyyəti onların siyasətinin əsas mahiyyətini təşkil edir'

Bütün Xəbərlər
18:38 13.08.2012
1101
“204 dövlətin iştirak etdiyi XXX Yay Olimpiya Oyunlarında 30-cu yeri tutan Azərbaycan özünü dünyaya inkişaf etmiş idman ölkəsi kimi də təqdim edib”.Bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində partiya sədrinin müavini, icra katibi Əli Əhmədov deyib. O bildirib ki, bu gün Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alanda, idman sahəsində əldə olunan nailiyyətlər ölkə vətəndaşlarında vətənpərvərlik hislərinin daha güclənməsinə və ölkə gənclərinin öz dövlətinin qüdrətinə olan inamının artmasına gətirib çıxarır: “Hər bir azərbaycanlı gənc öz ölkəsinin güclü olduğunu dərk etdikcə, əlbəttə ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizin qələbə qazanacağına ictimai inamı daha da artırır...” Ə. Əhmədov bildirib ki, dəyişən və inkişaf edən Azərbaycanda bütün sahələr kimi, idman sferası də tərəqqi dövrünü yaşayır və ölkə artıq dünya miqyasında idman dövləti tək qəbul edilir: “Bütün bunlar isə Azərbaycan vətəndaşlarında böyük sevinc hissləri oyadır. Lakin bir müddət öncə ölkə mediasında, xüsusilə də, müxalifət mətbuatında yer alan fikirlərə istinadən demək istəyirəm ki, çox az sayda olan adamlar var ki, dövlətimizin nailiyyətlərinə sevinə bilmirlər. Elə kiçik bir bəhanə axtarırlar ki, özlərinin qara fikirlərini mətbuat səhifələrinə çıxarsınlar. Əlbəttə ki, Olimpiya Oyunlarının başa çatmasını gözləməyən Azərbaycan müxalifəti ölkəmizin ümumi inkişafına kölgə salmaq məqsədilə əsassız təbliğat aparmağa cəhd göstərdi. Amma zaman göstərdi ki, müxalifətin bu günə qədər dediklərinin Azərbaycanın inkişafı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan idmançılarının Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında göstərdikləri şücaət, bunun nəticəsi olan qələbələr və qalibiyyətlərin yekunu olan medallar göstərdi ki, çox az sayda olan müxalifətçilər ölkəmizin uğurlarına sevinə bilmirlər. Bu isə artıq onların xislətinə çevrilib. Müxalifətin Azərbaycanın uğurlarına sevinməmək xüsusiyyəti onların siyasətinin əsas mahiyyətini təşkil edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan seçdiyi yolla uğurla irəliləyir. Ən başlıcası odur ki, kimin nə deməsindən asılı olmayaraq, ölkəmiz inamla yüksəlir, inkişaf edir və qələbələr əldə edir”
OXŞAR XƏBƏRLƏR