Günəş də bərq vuraraq
Yenə işıq saçacaq.
Səninsə ruhun belə,
Bundan inciməyəcək.
Axı, səninçün kiməm?
Bundan belə mən sənin
Həyatında deyiləm.
Kim xatırlayar məni?
Kim sevəcəkdir məni?
Doğrudanmı, həyata
Necə tənha gəlmişəm,
Eləcə də gedəcəm?
De, sənə kim indi
Şeirlər yazacaqdır?
Misraları cəmləyib
Sənə yollayacaqdır.
Axı, niyə vaxtında
Qədrini bilməmişəm?
Necə kor eşşək olub,
Mən səni itirmişəm?
İndi bunu özümə
Necə bağışlayacam?
Ömrüm boyu bu yükü,
Qəlbimdə daşıyacam.
Ömrüm boyu o zəngin,
O səsin həsrətiylə
Mən necə yaşayacam?
Görəsən, keçən vaxtı
Geri saymaq olarmı?
Görən, səndə yenidən
Mənə maraq olarmı?
Ürəyində səsləyib
Məni gözləyəcəksən?
Yenidən həvəslənib,
Bir ümid verəcəksən?
Mən də artıq qürursuz,
Eşqi etiraf edib
Sənə sarılacağam.
İlk addımı atacam,
Sənə yaxınlaşacam.
Daha heç zaman səni
Diqqətsiz qoymayacam.
Nə olar, ay sevgilim,
Günahımı bağışla.
Vaxtı mənə bağışla,
Qayıt yağan yağışla.
Gəl, yenidən başlayaq
Sevib-sevilməyə biz.
Qoy ellərə yayılsın
Yenə gülüşlərimiz.
Yox, yox, canım, heç zaman
Unutmadım mən səni.
Əvvəldən də gizlicə
Sevirdim hər kəlməni.
İndi də gəl qovuşaq
Nəhayət, bu sevgini
Biz vüsala çatdıraq.
Bəlkə, doğrudan bu kəs
Gözəl sonluğa yetmək
Bizə qismət olacaq?
Bəlkə yenidən qəlbin
Məni çılğın sevəcək?
Dillərin bəlkə yenə
Əzizimsən, deyəcək.
Bəlkə, gözəl olacaq,
Bəlkə də olmayacaq…
Bəlkə hər şey solacaq…
Bəlkə bu məktubum da
Yarı yolda qalacaq.
Bəlkə məktub olmadan
Bu vərəqdə donacaq.
Bəlkə də sən heç zaman
Bu sözləri oxuyub
Məni duymayacaqsan.
Bəlkə də oxuduqda
Bir şey anlamayassan.
Bəlkə də anlayacaq
Məni axmaq sanassan.
Bəlkə də axmaq sanıb
Halıma yanacaqsan.
Bəlkə də oxumadan
Onu yandıracaqsan,
Yandırıb yaxacaqsan.
Ömrümdən daha bir daş
Yerindən düşəcəkdir.
Tikilməmiş o ömrüm
Bu yerdə bitəcəkdir.
O kiçicik izlərim
Qəlbindən itəcəkdir.
Məzarımın üstünə
Yağış yaş tökəcəkdir.
Sonra toza qarışıb
Torpağa çökəcəkdir.
Bir az sonra o yerdə
Çiçəklər bitəcəkdir.
Piyadalar baxmayıb
O yerdən keçəcəkdir.
Bununla da izlərim
Tamamən itəcəkdir.
Bir cavanın da ömrü
ÜLVİYYƏ ALOVLU, YENİLİK.AZ